Kərəm Dəmirbay Qalatasaraydan ayrılacaqmı? | Icma.az
Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir. Kərəm Dəmirbay ''Qalatasaray''dakı gələcəyi ilə bağlı açıqlamalar verib.
Qabriel Saranın gəlişindən sonra əsas heyətdəki yerini itirən təcrübəli yarımmüdafiəçinin bu qış İstanbul nəhəngindən ayrılacağı ilə bağlı şayiələr yayılmışdı.
Ona ''Verder'' və ''Olimpiakos'' ciddi maraq göstərir. 31 yaşlı futbolçu bu mövsüm iştirak etdiyi 20 rəsmi oyunun cəmi 3-də start heyətində
Amma Kərəm ''Qalatasaray''dan ayrılmaq niyyətində olmadığına işarə vurub: ''İndi klubumu dəyişmək planlarıma daxil deyil.
Bəzi klubların mənimlə maraqlandığını bilirəm. Onların hamısına böyük hörmətim var. Amma qətiyyən ''Qalatasaray''dan ayrılmaq istəmirəm.
Çünki özümü burda çox yaxşı hiss edirəm. Ailəm üçün də İstanbulda yaşamaq rahatdı.
Hələ ilyarımlıq müqaviləm var və ən azı bu müddətin sonuna qədər burda qalmaq istəyirəm. Hətta müqaviləmi yeniləmək arzusundayam.
Ona görə yox ki, Almaniyaya qayıtmaq istəmirəm. Sadəcə arzum karyeramı ''Qalatasaray''da bitirməkdi.
Tam oxu
Xəbəri oxu