Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kərəm Aktürkoğlunun transferiylə bağlı “Benfika” ilə “Fənərbaxça” arasında razılıq əldə olunduğunu xəbər vermişdik.
Komandanı Çempionlar Liqasından etməsinə baxmayaraq, fanatların yolunu səbirsizliklə gözlədiyi türkiyəli ulduz, nəhayət, İstanbula gəldi.
Özəl təyyarəylə klub rəsmisi Hakan Safi ilə birlikdə İstanbula gələn 26 yaşlı futbolçunu hava limanında ailəsi, klubun digər üzvləri və fanatlar qarşıladı.
“Fənərbaxça” şərfini dərhal boynuna keçirən Kərəm ilk açıqlamalarını klubun rəsmi kanalına verdi.
Ulduzu “Qalatasaray”da parlamış bir futbolçunun “Fənərbaxça”nı Türkiyənin ən böyük və ən şərəfli klubu adlandırması belə görünür, uzun müddət unudulmayacaq: “Danışıqlar prosesi asan keçmədi.
Başqanımız Əli Koç və Hakan Safi bu çətin dönəmdə yanımda oldular. Bunun sayəsində transfer reallaşdı. Mən özüm də bura gəlməyi çox istədim.
Çempionluq üçün gəlmişəm. Türkiyənin ən böyük və ən şərəfli klubuna gəldiyim üçün xoşbəxtəm!