Qol.az saytına istinadən Icma.az xəbər verir. Türkiyə millisinin üzvləri Kerem Aktürkoğlu və Orkun Kökçünün də formasını geyindiyi "Benfika"
QOL.az xəbər verir ki, Portuqaliya təmsilçisi Almaniya nəhəngi "Bavariya"nın qonağı olub.
Görüş Münhen klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 67-ci dəqiqədə Camal Musiala vurub.
Kerem və Orkun meydana start heyətdə çıxıblar. Aktürkoğlu 56-cı, Kökçü isə 79-cu dəqiqədə əvəzlənib.
Qeyd edək ki, hazırda turnir cədvəlində "Bavariya" 6 xalla 17-ci, eyni xalı olan "Benfika" isə 19-cudur.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.