Kərim Benzema 2025ci ildə karyerasını başa vurmaq fikrində deyil

11.01.2025

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun hücumçusu Kərim Benzema 2025-ci ildə karyerasını başa vurmaq fikrində deyil.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu bu barədə özü açıqlayıb.

"Bu hekayələr həqiqətə uyğun deyil. Sadəcə cəfəngiyatdır. Özümü yaxşı hiss edirəm və hələ çox illər oynaya bilərəm", - deyə fransalı futbolçu bildirib.

K.Benzemanın 2025-ci ildə karyerasını başa vurmaq variantını nəzərdən keçirdiyi bildirilirdi.

Qeyd edək ki, 37 yaşlı ön xətt oyunçusunun klubu ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью