Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fransalı futbolçu Kərim Benzema Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubundan ayrılmaq üzrədir.
Oxu.Az "AS" nəşrinə istinadən xəbər verir ki, hücumçu klub rəhbərliyinin ona verdiyi vədlərə əməl etməməsindən narazıdır.
38 yaşlı futbolçu "Əl-İttihad"la yeni müqavilə ilə bağlı danışıqları dayandırıb.
Qeyd edək ki, Kərim Benzema 2023-cü ilin yayından etibarən "Əl-İttihad"ın formasını geyinir. Onun klubla mövcud müqaviləsi bu ilin yayında başa çatacaq.