Kərim Benzema futbolçu karyerasını başa vurur AZƏRTAC

16.12.2024

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı,16 dekabr, AZƏRTAC

Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasında çıxış edən fransalı futbolçu Kərim Benzema gələcək karyerası ilə bağlı qərarını verib.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 37 yaşlı forvard gələn ilin may ayında futbolla vidalaşacaq.

Artıq onun yeni iş yeri də bəllidir. Benzema karyerasını bitirdikdən sonra sabiq komandası olan İspaniyanın “Real Madrid” klubunun səfiri olacaq.

Qeyd edək ki, K. Benzema “Real Madrid”lə yanaşı, ölkəsində “Lion” komandasının da formasını geyinib. O, 2023-cü ilin yayından “Əl-İttihad”da çıxış edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью