Kərim Benzemadan gözlənilməz qərar

16.12.2024

Icma.az, Metbuat saytına istinadən bildirir.

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda çıxış edən fransalı futbolçu Kərim Benzema karyerası ilə bağlı qərarını açıqlayıb.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu gələn ilin may ayında futbolla vidalaşacaq.

Məlumata görə, Benzema karyerasını başa vurduqdan sonra sabiq komandası “Real Madrid”in səfiri kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Kərim Benzema “Real Madrid”lə yanaşı, Fransanın “Lion” klubunda da çıxış edib. O, 2023-cü ilin yayında Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasına transfer olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью