Kərim Benzemanın “Əl Hilal” karyerası başa çatdı

31.08.2026

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kərim Benzemanın Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundakı karyerası başa çatıb.

38 yaşlı hücumçu klub rəhbərliyi ilə müqaviləyə vaxtından əvvəl xitam verilməsi barədə razılığa gəlib.

Benzema gələcəyi ilə bağlı qərarını yaxın günlərdə açıqlayacaq. Fransalı futbolçunun qarşısında karyerasını başa vurmaq və ya Səudiyyə Ərəbistanının digər klubunda çıxışını davam etdirmək variantları var.

Onun Avropaya qayıtmasının isə gözlənilmədiyi bildirilir.

Qeyd edək ki, Benzema "Əl-Hilal"a 2026-cı ilin yanvarında keçib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью