Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq. Azərbaycan bayrağı haqq etdiyi yerdə ucalırXalqımız iki bayramı birlikdə qeyd edir.
Həm Zəfər Günü, həm də Bayraq Gününü. Bu iki bayram vəhdət təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti, Silalı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun igid əsgərlərinin canı, qanı bahasına işğaldan azad etdiyi torpaqlarda üçrəngli, ay-ulduzlu bayrağımız indi vüqarla ucalır.
Vətənimizin hər guşəsi azaddır və dövlət bayrağımız da haqq etdiyi yerdə dalğalanır.
Belə yerlərdən biri, dünyanın diqqət mərkəzində olan, xalqımızın qürurla, məftun baxışlarla, dostların sevinclə, bəzi dövlətlərinsə qısqanc nəzərlərlə baxdığı Şuşada əsası qoyulmuş Bayraq Meydanı xüsusi əhəmiyyət kəsb edir.
Bu barədə “Sherg.az”a Şuşa şəhər sakini, yazıçı-publisist Kərim Kərimli danışdı.
Şuşada Zəfər gününün təntənə ilə qeyd edildiyini deyən K.Kərimli Bayraq Meydanın özəlliyini də vurğuladı: "Bilirsiz ki, Zəfər bayramı, Zəfər günü, həm də Şuşanın azadlığı günüdür.
Şuşamız 2020-ci ilin məhz 8 noyabr günündə azadlığına qovuşdu.