Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sentyabrın 24-də müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Belarus Respublikasının Minsk şəhərində keçirilən MDB dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edib.
Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.