Icma.az bildirir, Oxu.az portalına istinadən. Pakistan İslam Respublikasında səfərdə olan Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-po
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
K.Vəliyev dost və qardaş ölkə Pakistanla bütün sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət mərkəzində olduğunu xüsusi vurğulayıb.
Görüşdə ikitərəfli hərbi əməkdaşlığın genişləndirilməsi və birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi bildirilib, habelə ölkələrimiz arasında strateji tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyi qeyd olunub.
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanın şimal-qərbində yerləşən Tirah vadisində baş vermiş terror hücumunu pisləyib, həlak olanlarla bağlı Pakistan tərəfinə başsağlığı verib.
Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın müzakirə edildiyi görüşdə terrorla mübarizə və təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.