Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər

30.09.2026

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində və "Birliyin Gücü - 2026" birgə hərbi təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirak etmək məqsədilə İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, 30 sentyabrda beynəlxalq sərgidə keçirilən görüşlər çərçivəsində Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun baş qərargah rəisi general-polkovnik Kərim Vəliyev İran Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat üzrə müavini general-leytenant Reza Şeyxhəsəni ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil, və tibb sahələrində əməkdaşlıqların mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью