Kerimcan Durmazın həbsi davam edəcək

14.01.2025

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən sosial media fenomeni Kerimcan Durmaz haqqında, yayımladığı video və görüntülərdə qeyri-qanuni mərc reklamı yerləşdirmək, eləcə də bunu intensiv şəkildə təşviq edən fəaliyyətlər həyata keçirmək kimi hərəkətlərdə iştirak etdiyi əsas götürülərək istintaq başladılıb. 

News24.az xəbər verir ki, istintaq çərçivəsində yanvarın 7-də saxlanılan Durmaz ertəsi gün ədliyyəyə sövq edilərək İstanbul Sülh Cəza Məhkəməsi tərəfindən həbs edilib.

Durmazın vəkili həbs qərarı ilə bağlı İstanbul 10-cu Sülh Cəza Məhkəməsinə etiraz ərizəsi təqdim edib.

Etirazı dəyərləndirən növbətçi məhkəmə vəsatətin rədd edilməsinə və Durmazın həbsinin davam etdirilməsinə qərar verib.

Günel Məlikzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью