Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Məhkəmə qeyri-qanuni mərc saytlarının reklamını edərək insanları bu fəaliyyətə təşviq etməkdə ittiham olunan sosial media fenomeni Kərimcan Durmaz barəsində qərar verib.
Publika.az xəbər verir ki, İstanbul 23-cü Asliye Cəza Məhkəməsi Durmazı 1 il 8 ay müddətinə azadlıqdan məhrum edib.
Həmçinin ona qarşı “xaricə səyahət qadağası” ilə bağlı məhkəmə nəzarəti tədbirinin qüvvədə qalmasına qərar verilib.