Kərimovun ilk Afrika marafonu

30.01.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Azərbaycanın birinci "Ironman"i Firdovsi Kərimov bu il ikinci beynəlxalq marafonda qüvvəsini sınayıb.

İdman.biz xəbər verir ki, o, Mərakeşdə günəş altında 42,195 km məsafəni qət edib.

Kərimov finişdən sonra yarışla bağlı fikirlərini bildirib:
“Bu, Afrika qitəsində ilk beynəlxalq marafonum idi, çox çətin oldu. Şübhəsiz, buranın istisi də öz sözünü dedi. Amma ilk Afrika təcrübəmim uğurlu olmasını çox istəyirdim”.

Bundan əvvəl o, Dubay Marafonunda iştirak etmişdi.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью