Kərkicahan qəsəbəsi qazlaşdırılır FOTO+VİDEO

19.12.2025

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində qazlaşdırma işlərinə başlanılıb.

Bu barədə Bakupost.az -a Qarabağ Regional Qaz İstismar İdarəsinin baş mühəndisi Qiyas Abdullayev bildirib.

Onun sözlərinə görə, qəsəbədə ilkin mərhələdə 40 fərdi yaşayış evi qazlaşdırılıb: "Ərazidə yenidənqurma işləri aparılıb. Bərpa işləri çərçivəsində qaz təsərrüfatı da yenidən qurulub, yerüstü xətlər yeraltı xətlərlə əvəz edilib".

Q. Abdullayev qeyd edib ki, ümumilikdə 500 metr polietilen qaz xətti çəkilib: "Hazırda ilkin mərhələdə 30, növbəti mərhələdə isə 10 ev qazlaşdırılaraq sayğaclarla təmin edilib. Qəsəbə ərazisində qazlaşdırılan bütün evlər smart-kartlı sayğaclarla təchiz olunub".


Zahid,

BakuPost





Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью