Kərkicahana ilk köç baş tutub FOTOLAR

20.12.2025

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, dekabrın 20-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə ilk köç karvanı (30 ailə - 115 nəfər) yola salınıb.
Kərkicahana köçənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.


AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью