Kərkük Ceyhan xətti ilə ixrac 500 min barelə çatdırılacaq

20.04.2026

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

İraq neft ixracını artırmaq planlarını açıqlayıb.

Redaktor.az xəbər verir ki, İraq Neft Nazirliyi ölkənin şimalındakı Kərkük bölgəsindən Ceyhan limanı istiqamətində neft ixracının yaxın vaxtlarda gündə 500 min barelə çatdırılacağını bildirib.

TASS-a istinadən verilən məlumata görə, mart ayının ortalarında bu marşrut üzrə ixrac həcmi gündəlik 250 min barel səviyyəsinə yüksəldilmişdi.

Qeyd olunur ki, aprelin 6-da İraq cənubdakı Bəsrə əyalətindən Kürdüstan bölgəsinə gündə təxminən 90 min barel neft nəql etməyə başlayıb. Bununla da şimal istiqamətində ümumi nəql həcmi 340 min barelə çatıb.

Bununla yanaşı, "Sky News Arabia"nın məlumatına görə, İraqın ümumi neft ixracı mart ayında təxminən 80% azalıb.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью