Статья не опубликована
Kərkükdə Azərbaycan Mədəniyyət Mərkəzi yaradılması təklif olunub | Icma.az

Kərkükdə Azərbaycan Mədəniyyət Mərkəzi yaradılması təklif olunub

18.03.2025

Icma.az, Aznews.az saytına istinadən bildirir.

Kərkükdə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması təklif olunub.

Bu təkliflə "Türkmaneli" qəzetinin baş redaktoru, yazıçı-jurnalist, tarixçi Necat Kevsəroğlu martın 18-də Bakıda “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu çərçivəsində keçirilən "Ortaq dəyərlər: tarix və mədəniyyət izləri" panel müzakirəsində deyib.

Onun sözlərinə görə, belə bir mərkəzin yaradılması ədəbiyyatın, atalar sözlərinin, eləcə də adət-ənənələrin müqayisəli şəkildə araşdırılaraq gələcək nəsillərə ötürülməsi üçün zəruridir:

"Biz özümüz də könüllü şəkildə həmin mərkəzdə çalışarıq. Bundan başqa, Kərkükdə Azərbaycan kitabxanasının açılması da ölkənin dahi şəxsiyyətləri haqqında geniş məlumatın əlçatanlığı və Azərbaycan haqqında araşdırma yazılarımızda müraciət edə biləcəyimiz mənbənin olması baxımından çox faydalı olacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью