Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda “Roma” ilə keçiriləcək oyun öncəsi futbolçularının kluba münasibətini dəyərləndirib.
QOL.az xəbər verir ki, mütəxəssis UEFA-nın rəsmi saytına açıqlamasında qarşıdakı matçı səbirsizliklə gözlədiyini bildirib.
“Mən əslində bu oyunu səbirsizliklə gözləyirəm, matçın başlamasını heç cür gözləyə bilmirəm. Nəticələrimizi və baş verənləri nəzərə alsaq, düşünə bilərsiniz ki, mən ağlımı itirmişəm. Amma həqiqətən də bugünkü qarşılaşmanın başlamasını səbirsizliklə gözləyirəm. Mənim dəli olduğumu düşünə bilərsiniz.
Soyunub-geyinmə otağında ab-hava yaxşıdır. Hadisələrə baxış tərzi maraqlı məsələdir, hər şeyi müxtəlif cür təqdim etmək mümkündür. Futbolçuların kluba və bir-birlərinə sədaqətini isə heç vaxt şübhə altına almıram”, - deyə Kerrik vurğulayıb.
Qeyd edək ki, “Mançester Yunayted” - “Roma” görüşü noyabrın 3-də, Bakı vaxtı ilə saat 00:00-da “Old Trafford” stadionunda keçiriləcək.