Kerrik üçün son şans

22.10.2026

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik yaxın günlərdə vəzifəsini itirə bilər.

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" Çempionlar Liqasının Liqa mərhələsinin III turunda "Komo"dan 1:4 hesabı ilə məğlub olublar.

​"The Touchline" nəşrinin məlumatına görə, əgər komanda növbəti matçda "Bornmut"u məğlub edə bilməsə, klub rəhbərliyinin Kerriki istefaya göndərm ehtimalı yüksəkdir. Direktorlar Şurası hesab edir ki, futbolçular məşqçiyə inamını itiriblər, həmçinin onun vəziyyəti düzəltmək qabiliyyətinə şübhə ilə yanaşırlar.

Qeyd olunur ki, "Mançester Yunayted" artıq yeni baş məşqçi axtarışına başlayıb.

​İngiltərə Premyer Liqasının VIII turunun "Mançester Yunayted" və "Bornmut" arasındakı matçı oktyabrın 25-də baş tutacaq və start fiti Bakı vaxtı ilə saat 18:00-da səslənəcək.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью