Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
İngiltərənin “Mançester Yunayted” klubu baş məşqçisi Maykl Kerriklə yollarını ayıra bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.
“Qırmızı şeytanlar” həftəsonu Premyer Liqada “Çelsi”yə qalib gələ bilməyəcəyi halda, mütəxəssis istefaya göndəriləcək. Klub rəhbərliyi Kerrikə son şansı verib.
“Mançester Yunayted” çempionatda 8 turdan sonra 7 xalla 16-cı sıradadır.
Oktyabrın 31-də keçiriləcək “Çelsi” – “Mançester Yunayted” matçına saat 16:30-da start veriləcək.