Kerrikdən Fernandeş qərarı

30.10.2026

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kerrikdən Fernandeş qərarı

"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik komandanın kapitanı Brunu Fernandeşlə bağlı qərarını açıqlayıb.

QOL.az xəbər verir ki, ingiltərəli mütəxəssis BBC-yə açıqlamasında portuqaliyalı yarımmüdafiəçinin kapitan olaraq qalacağını bildirib.

Kerrik Fernandeşin komanda üçün vacib futbolçu olduğunu və klubun uğurları naminə əlindən gələni etdiyini vurğulayıb.

"Bruno bu komanda üçün önəmli oyunçudur və belə olaraq qalacaq. O, illərdir komandaya uğurla kapitanlıq edir və bunu davam etdirəcək. Kluba tam sadiqdir, vəziyyəti yaxşılaşdırmaq istəyir. Buna görə də heç nə dəyişmir".

Qeyd edək ki, Fernandeş Çempionlar Liqasında "Komo"ya 1:4 hesablı məğlubiyyətdən sonra baş məşqçinin taktiki qərarlarını açıq şəkildə tənqid edib. Bundan sonra o, "Bornmut"la matçda (0:3) ehtiyat oyunçular skamyasında qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью