Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İngiltərə millisinin yarımmüdafiəçisi Kertis Cons “Liverpul”dan “İnter”ə keçib.
Futbolpress.az xəbər verir ki, 25 yaşlı futbolçu İtaliya klubu ilə 2031-ci il iyunun 30-na qədər nəzərdə tutulan uzunmüddətli müqavilə imzalayıb.
Mətbuatda yayılan məlumatlara görə, bu keçid Milan təmsilçisinə 35 milyon avroya başa gəlib.
“Liverpul” akademiyasının yetirməsi olan Cons doğma klubunun əsas heyətində meydana çıxdığı 228 matçda 22 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli oyunçu İngiltərə yığmasının formasında isə iştirak etdiyi 6 qarşılaşmada 1 dəfə fərqlənib.