Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
“Çelsi” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Futbolpress.az xəbər verir ki, London klubu “Aston Villa”dan Morqan Rocerslə anlaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. “Zadəganlar” 21 yaşlı hücumçu üçün 117 milyon funt-sterlinq ödəyəcək.
Keçidin yaxın zamanda açıqlanacağı bildirilir.
Rocers dünya çempionatında İngiltərə millisi ilə 7 oyunda 1 məhsuldar ötürmə edib.