Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq. Baş nazir Benyamin Netanyahu Ərəbistan dövlətində “Xabad” elçisi Zvi Koqanın öldürülməsinə
Ravvin bir neçə günlük axtarışlardan sonra həftəsonu ölü tapılıb.
İsrail hakimiyyəti onun ölümünü “antisemit xarakterli iyrənc terror aktı” adlandırıb.
Məmurlar şəxsi söhbətlərdə məsuliyyəti birbaşa İranın təhlükəsizlik aparatının üzərinə qoyurlar.Reyting.az xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” yazıb.Rusiya nəşrinin təhlilində qeyd olunur:Noyabrın 24-də hökumətin iclasının açılışında Netanyahu Zvi Koqanın qətlinin araşdırılmasında Əmirliklərlə əməkdaşlığı yüksək qiymətləndirib:“Münasibətlərimizi gücləndirəcəyik, xüsusən də “Şər Oxu” ölkələrinin dinc əlaqələrimizə xələl gətirmək cəhdlərinə cavab olaraq.
Onları inkişaf etdirəcəyik və regionda sabitliyin möhkəmləndirilməsinə çalışacağıq”.Baş nazir cinayətkarların adını çəkməyib.“Xabad” emissarı noyabrın 21-də Ərəbistan dövlətinin ərazisində yoxa çıxıb.
Onun avtomobili Əbu-Dabidən təxminən 150 km aralıda, əhalisinin sayına görə dördüncü şəhəri olan Əl-Aynda tərk edilmiş vəziyyətdə tapılıb.
Rəsmilərin dediyinə görə, avtomobildə əlbəyaxa izləri aşkar edilib.
BƏƏ Daxili İşlər Nazirliyi bildirib ki, yerli hüquq-mühafizə orqanları Koqanın yoxa çıxması barədə bildiriş aldıqdan dərhal sonra onun axtarışına başlayıb.Onlar bir neçə gün Koqanın cəsədini tapmağa çalışıblar.