Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bizimyol.info xəbər verir ki, ABŞ Milli Kəşfiyyat İdarəsi "2025 ABŞ Kəşfiyyat Birliyinin İllik Təhdid Qiymətləndirilməsi" adlı 30 səhifəlik hesabat yayıb.
Hesabatda: "Çinin, şübhəsiz ki, 2030-cu ilə qədər ABŞ-ı əvəz edərək, dünyanın ən nüfuzlu süni intellekt gücünə çevrilmək üçün çoxşaxəli, milli səviyyəli strategiyası var", - deyə qeyd edilib.
Bundan əlavə, hesabatda Çin, İran, Şimali Koreya və Rusiya ənənəvi milli təhlükəsizlikdən tutmuş kiber, ticarət və texnologiyaya qədər bir sıra cəbhələrdə ABŞ-ın maraqlarına meydan oxuyan əsas dövlət aktorları olaraq adlandırılıb və Çinin texnoloji maneələri aşmaq üçün Asiya, Avropa və Şimali Amerikadakı şirkətlərdən “intellektual mülkiyyət oğurladığı” iddia edilib.
“Çin qlobal miqyasda ABŞ-ın maraqlarını təhdid edə biləcək aktor kimi seçilir, lakin o, həddindən artıq aqressiv davranaraq bütün dünyada iqtisadi və diplomatik imicini riskə atmaqda Rusiya, İran və Şimali Koreyadan daha ehtiyatlıdır”, - deyə sənəddə qeyd edilib.
Digər tərəfdən hesabatda Şimali Koreyanın nüvə sınağı keçirməyə hazırlaşdığı da bildirilir.
Qadir, Bizimyol.info