Kəşfiyyat dronu helikopterlə toqquşub

17.03.2025

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Cənubi Koreyanın şimal-qərbində kəşfiyyat dronu “Surion” hərbi helikopteri ilə toqquşub.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

"Qəza nəticəsində yanğın baş verib və “Surion” helikopteri tamamilə məhv olub", - məlumatda qeyd olunub.

Yaralılar və ya ölənlər barədə məlumat daxil olmayıb.

Hadisə Yancu şəhərində ordu aviasiyası batalyonunun yerləşdiyi ərazinin yaxınlığında baş verib.

Qeyd olunub ki, yanğının söndürülməsinə 20 texnika və 50 nəfər şəxsi heyət cəlb edilib. Yanğın toqquşmadan 15 dəqiqə sonra söndürülüb, heç kim xəsarət almayıb.

Hazırda Cənubi Koreya hakimiyyəti hadisənin səbəblərini araşdırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью