Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“ABŞ vətəndaşlara qarşı ölkə daxilində və xaricdə sui-qəsd planı quran İrandan artan təhlükə ilə üzləşir".
"Cebheinfo.az" xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyatının direktoru Cey Kleyton bildirib.
O, bu açıqlamanı ABŞ Nümayəndələr Palatasının Ölkə Təhlükəsizliyi Komitəsinin "Millətə Qlobal Təhdidlər: 11 sentyabrdan 25 il sonra" adlı dinləməsində verib.
Cey Kleyton ABŞ kəşfiyyatının fəaliyyəti barədə ətraflı məlumat verməkdən imtina edib və iddia edilən təhdidin mahiyyətini dəqiqləşdirməyib.
Bu arada, ABŞ Daxili Təhlükəsizlik Katibi Markveyn Mallin bildirib ki, İranın ABŞ-a "çirkli bomba" istifadə edərək hücum etməsi ilə bağlı təcili təhlükə yoxdur. O, Dövlət Katibi Marko Rubionun oxşar açıqlamasını təkrarlayıb.
Demokrat nümayəndə Al Qrinin İranın "çirkli bomba" hazırlamaq baxımından təcili təhlükə yaratmadığı iddiası ilə razı olub-olmadığı soruşulduqda, Mallin "Bəli" cavabını verib.
Xatırladaq ki, çərşənbə axşamı Rubio CNN-in ABŞ kəşfiyyatına istinadən verdiyi xəbəri təkzib edərək, İranın Vaşinqtonda Tramp administrasiyasının yüksək vəzifəli məmurlarını öldürmək üçün "çirkli bomba" partlatmaq və ya kimyəvi silahlardan istifadə etmək planları hazırladığı barədə məlumatını təkzib edib:
"Düşünmürəm ki, təcili təhlükə var".
Xəzər
"Cebheinfo.az"
Açar sözlər: ABŞ Cey Kleyton
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin