Kəşfiyyat Netanyahu komandasının üzvlərini saxlayıb

01.04.2025

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


İsrail Təhlükəsizlik Xidməti (Şin Bet) baş nazir Benyamin Netanyahunun ofisinin əməkdaşları ilə Qətər nümayəndələri arasında mümkün əlaqələri araşdırır.
Reyting.az
xəbər verir ki, İsraildə hüquq-mühafizə orqanları baş nazir Benyamin Netanyahu administrasiyasının nümayəndələri ilə Qətəri təmsil edən şəxslər arasında mümkün qeyri-qanuni əlaqələrlə bağlı iş üzrə iki nəfəri sorğu-sual etmək üçün saxlayıb.
Həbs edilənlərin kimliyi rəsmi olaraq açıqlanmasa da, “Kanal 12” Netanyahunun yüksək səviyyəli müşaviri Yonatan Uriç və keçmiş baş nazirin sözçüsü Eli Feldstein-in nəzarətə alındığını güman edir.
Məlumata görə, saxlanılan şəxslər fəaliyyətlərinin maliyyə mənbələri və Qətər hakimiyyəti ilə mümkün əlaqələri ilə bağlı ifadə verməli olacaqlar. İstintaq İsrailin Təhlükəsizlik Xidməti tərəfindən əvvəllər hərbi sirləri sızdırmaqda ittiham olunan Feldstein-in Doha tərəfindən maliyyələşdirilən beynəlxalq şirkət vasitəsilə Qətər üçün işləmiş ola biləcəyi barədə məlumat aldıqdan sonra başlayıb.
V. QULİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью