Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya Mərkəzi Asiyanın enerji bazarında əsas oyunçu mövqeyini itirir. Bölgə ölkələri Dünya Bankının dəstəyi ilə vahid enerji məkanı yaratmaq üzrə layihəsini işə salır ki, bu da regional elektrik bazarını yenidən formalaşdıracaq.
Bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin (XKX) hesabatında deyilir.
REMIT adlı proqram 10 illik nəzərdə tutulub. Bununla Qırğızıstan və Tacikistanın hidroenergetik potensiallarını Qazaxıstan, Türkmənistan və Özbəkistanın istilik elektrik, eləcə də günəş və külək elektrik stansiyalarına enerji sinerjisi prinsipi əsasında inteqrasiyası planlaşdırılır.
XKX-nin məlumatına görə, sistemin ümumi dəyəri 1 milyard dollardan çoxdur, onlardan 143 milyon dollar artıq maliyyələşdirilib:
“Bundan əvvəl Rusiya Mərkəzi Asiyanın enerji bazarında əsas oyunçu sayılırdı və inteqrasiya proseslərinin koordinatori roluna iddia edirdi. Onun himayəsi altında Avrasiya İqtisadi Birliyi (AİB) regionda birgə enerji mərkəzinin yaradılması ideyasını irəli sürürdü. Amma Rusyannın Ukraynaya qarşı müharibəsi, beynəlxalq sanksiyalar və AİB-in əsas benefisiarları - Rusiya və Belarus üçün müasir texnologiyaların çatışmazlığı bu planların icrasını pozdu.
İşlərin başlanması 2025-ci ilə nəzərdə tutulmuşdu, amma bu, ən azı 2027-ci ilə qədər təxirə salınıb. Son məlumata görə, hətta 2030-cu il də layihənin başlanması üçün yalnız təxmini tarix ola bilər.
Rusiya-Avrasiya enerji mərkəzinin perspektivləri hələ də qeyri-müəyyəndir, çünki Rusiyada sərbəst qaz bazarı yoxdur və iştirakçı ölkələr arasında tənzimləmə yanaşmalarında ciddi fərqlər mövcuddur. Bu durumda REMIT daha praktiki və institutsional təminatlıdır. Dünya Bankının qiymətləndirməsinə görə, layihənin 2050-ci ilə qədər həyata keçirilməsindən ümumi iqtisadi effekt 15 milyard dollara çata bilər ki, bu da onu son onilliklərdə Mərkəzi Asiyada ən iri infrastruktur dəyişikliklərindən biri edir”.