Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında Qanuna dəyişiklik qəbul olunub

10.12.2024

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Qanuna dəyişiklik üçüncü oxunuşda qəbul edilib.

Oxu.Az xəbər verir ki, layihə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri şəxsin həmin subyektlərdə həqiqi hərbi xidmətə (işə) qəbul olunmasından imtina edilməsi səbəblərini açıqlamaq öhdəliyi daşımayacaqlar.

Dəyişikliyin əsas məqsədi həmin subyektlərdə fəaliyyət istiqamətlərinə uyğun olaraq, konfidensiallığın qorunub-saxlanılmasıdır.

Layihə səsverməyə qoyularaq son oxunuşda qəbul edilib.

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью