Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında Qanuna dəyişiklik qəbul olunub

10.12.2024

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Qanuna dəyişiklik üçüncü oxunuşda qəbul edilib.

Turkustan.az xəbər verir ki, layihə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri şəxsin həmin subyektlərdə həqiqi hərbi xidmətə (işə) qəbul olunmasından imtina edilməsi səbəblərini açıqlamaq öhdəliyi daşımayacaqlar.

Dəyişikliyin əsas məqsədi həmin subyektlərdə fəaliyyət istiqamətlərinə uyğun olaraq, konfidensiallığın qorunub-saxlanılmasıdır.

Layihə səsverməyə qoyularaq son oxunuşda qəbul edilib./oxu.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью