Kəşfiyyatçı kiborq tarakanların sınağı uğurlu olub

03.03.2026

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniyanın müdafiə startapı "SWARM Biotactics" şirkəti NATO ölkələrinin ödənişli müştəriləri üçün, o cümlədən Almaniya silahlı qüvvələrini proqramlaşdıra bilən yeni kiborq-həşərat sürülərini istifadəyə verib.

Reyting.az-ın məlumatına görə, ABŞ və Avropada kəşfiyyat məqsədilə nəzərdə tutulan mini kiborq-tarakanlar ilk sınaqlardan uğurla keçiblər.

Şirkət öz konsepsiyanın Avropada, ABŞ-da sahə sınaqlarından keçirməklə, hətta real əməliyyat tətbiqinə hazır olduğunu bildirib.

Qeyd edilir ki, platformalar canlı həşəratları bioelektron neyrointerfeyslər ilə, həmçinin daxili sensorlar və qorunan rabitə kanalları vasitəsilə birləşdirir.

Mütəxəssislər bildiriblər ki, kəşfiyyat cihazının elektrik stimullaşdırması hərəkəti yönləndirməyə, avtonom sürü proqramı isə çoxsaylı fərdlərin vahid sistem kimi koordinasiyasına imkan verir.

Həşəratlar idarəetmə elektronikası, sensor modulları, müasir şifrəli qısa məsafəli rabitə vasitələrindən ibarət kompakt "bel çantaları" ilə təchiz edilir.

Şirkətin əməkdaşları onu da vurğulayıblar ki, bu texnologiya pilotsuz aparatların çata bilmədiyi darısqal, dağıntılı mühitlərdə belə tam maneəsiz məlumat toplaya biləcək.

Oqtay QORÇU


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью