Kəşfiyyatçılar Moskvada bir araya gəldi Yeni Çağ Media | Icma.az
Yenicag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Moskvada MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları və kəşfiyyat orqanları rəhbərlərinin kəşfiyyat fəaliyyətinə dair müşavirəsinin açılış mərasimi baş tutub.
Yenicag.az xəbər verir ki, bu barədə TASS Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosuna istinadən məlumat yayıb.
Vurğulanıb ki, müşavirədə birgə fəaliyyətin nəticələri nəzərdən keçiriləcək, MDB ölkələrinin xüsusi xidmət orqanlarının yaxın perspektivdə qarşılıqlı əməkdaşlıq üzrə vəzifə və prioritetləri müzakirə ediləcək.
Müşavirədə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndə heyətlərinin iştirakı planlaşdırılır./axar.az www.yenicag.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu