Kəsik barmağın hekayəsi və ya Liviyanın potensial dövlət başçısının sirli ölümü

04.02.2026

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Düz 15 il əvvəl bu günlərdə Liviyada başlayan etiraz aksiyaları çox tezliklə vətəndaş mühairbəsinə çevrildi. Ancaq Qəzzafi güclü olduğu üçün NATO mart ayında Liviyanı bombalamağa başladı.

Həmin günlərdə məşhur hadisə oldu. Qəzafinin oğlu və potensial varisi, London İqtisadiyyat Məktəbi məzunu hesab olunan Seyf əl-İslam Qəzzafi üsyançılara və həm də onların dəstəkçilərinə barmaq silkələyərək hədələdi.

Ancaq NATO bombardmanları Qəzzafini zəiflətdi və sentyabr ayına qədər bütün iri şəhərlərdə hakimiyyətini itirdi, oktyabrda isə üsyançılar - bəzi iddialara görə xarici xüsusi təyinatlılar - tərəfindən ələ keçirilərək öldürüldü. Liviya üsyanı qələbə ilə başa çatdı. Bir qədər sonra isə Seyf əl-İslam ələ keçirildi və üsyançıları hədələdiyi barmaqları kəsildi. Bu hadisə həm də qisas simvolu kimi uzun müddət yaddaşlara yazıldı.

Doğrudur, Liviya Qəzzafidən sonra özünə gəlmədi, 2015-ci ildə isə iki hissəyə bölündü və 2020-ci ilə qədər vətəndaş müharibəsi davam etdi. Liviyada isə parçalanma hələ də davam edir.

2017-ci ilin aprel ayında isə Liviya məhkəməsi Seyf əl-İslamı azadlığa buraxdı. Çünki Qəzzafa tayfası Liviyada ikinci ən böyük tayfa hesab olunur, 1 milyona qədər üzvü var. Ehtimal olunurdu ki, Seyf əl-İslam parçalanmış Liviyanı birləşdirə bilər. Hətta onun seçkilərdə tayfaların namizədi olması bir neçə dəfə gündəmə gəldi. Ancaq nə hikmətdirsə hər dəfə seçkilər təxirə salındı və sonra ümumiyyətlə, gündəmdən çıxdı.

Dünən isə isə naməlum silahlılar Seyf əl-İslamı öldürdü. Barmaq silkləmə ilə başlayan hadisə Seyf əl-İslama baha başa gəldi. Həm də görünür ki, Liviyanın böyük neft və qaz gəlirlərini yenidən Qəzzafi ailəsinə etibar etmək istəməyiblər.

Belə, Qəzzafi ailəsinin digər üzvləri indi müxtəlif ərəb ölkələrinə dağıldılar. Amma ən acı tale Seyf əl-İslamın bəxtinə düşdü.

Kənan Rövşənoğlu

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью