Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək?

18.01.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Erməni keşiş, “etiraz hərəkatı”na rəhbərlik edən Baqrat Qalstanyan İrana gizli səfərə gedib.

Axar.az xəbər verir ki, bu barədə “Part” nəşri yazıb.

Bildirilib ki, səfər haqqında hətta hərəkatın “siyasi şurası”nın da xəbəri olmayıb.

Mənbənin məlumatına görə, Qalstanyan yaxın iki gün ərzində İranın yüksək səviyyəli rəsmiləri və ruhaniləri ilə siyasi görüşlər keçirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью