Keşiş onlarla uşağa təcavüz etdi Yeni qərar verildi

12.12.2024

Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.

Uelsin Kaldey adasındakı monastırda keşişin onlarla uşağa təcavüz etməsi ilə bağlı 73 səhifəlik hesabat dərc edilib.

Publika.az xəbər verir ki, monastır rəhbərliyi bir sıra qoruyucu tədbirləri yerinə yetirməyə söz verib.

Tədbirlərə monastır icmasının üzvlərinin ziyarətçilərlə qurduqları təmaslarla bağlı ciddi məhdudiyyətlər daxildir.

Qeyd olunur ki, adadakı keşişlərə ziyarətçilərə dini və ya pastoral məsləhətlər vermək, onlarla selfi çəkdirmək qadağan olunacaq. Onlardan həmçinin “toxunmamaq” siyasətinə əsasən təsadüfi fiziki təmas haqqında məlumat vermələri tələb olunacaq.

Roza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью