Keşişlər Tramp üçün dua etdilər VİDEO

23.10.2026

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı Ağ Evdə, Oval kabinetdə ölkənin aparıcı Katolik kilsəsi xadimlərini qəbul edib.

“Yeni Sabah” xəbər verir ki, görüş zamanı katolik yepiskoplar dövlət başçısının ətrafına toplaşaraq onun və ölkənin rifahı üçün xüsusi dua ediblər.

Ağ Evin rəsmisi Marqo Martinin paylaşdığı görüntülərdə Denver arxiyepiskopu Ceyms Qolka, Miluoki arxiyepiskopu Ceffri Qrob və başqa yüksək rütbəli kilsə xadimlərinin Donald Trampın masası ətrafında dayandıqları görünür. Ayin zamanı arxiyepiskoplardan birinin əlini Trampın çiyninə qoyaraq xeyir-dua verdiyi diqqət çəkib. pizza sifarişi

Mərasimə rəhbərlik edən Denver arxiyepiskopu Ceyms Qolka duasında Birləşmiş Ştatlar prezidentinə müdriklik, dözümlülük və ölkəni idarə etmək işində ilahi köməklik diləyib.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью