Kəskin hava şəraitində müəllimlərə əlavə ödəniş verilə bilər? AÇIQLAMA

22.01.2026

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kəskin hava şəraiti və ya qarlı hava ilə əlaqədar təhsil müəssisələrində hər hansı əlavə ödənişin verilməsi nəzərdə tutulmur. 

Milli.Az xəbər verir ki, bunu "Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrə gördüyü işlər və 2026-cı il üçün hədəfləri" mövzusunda mətbuat konfransında Xidmətin rəisi Vəli Quliyev jurnalistlərin suallarını cavablandırarkən deyib.

Bildirib ki, lakin qanunvericiliyə əsasən, bayram və istirahət günlərində işə cəlb olunan əməkdaşlar üçün əlavə ödənişlərin verilməsi məcburidir:

"Əgər işəgötürən bu ödənişləri verməzsə, İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyətə cəlb edilə bilərlər. Vətəndaşların müraciətləri əsasında həmin hallar araşdırılır, müvafiq sənədlər işəgötürəndən alınır və fakt təsdiqləndikdə cərimə tətbiq olunur, ödənişlərin verilməsi məcburi hesab edilir".

Mina Mikayılova
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью