Kəskin istilər: Bu Avropa ölkəsində 1180 nəfər öldü

14.07.2025

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Son iki ayda isti hava dalğaları İspaniyada 1180 nəfərin həyatına son qoyub.

 Bu barədə İspaniyanın Ətraf Mühit Nazirliyi məlumat yayıb.

Məlumata görə, ölənlərin əksəriyyəti yaşı 65-dən yuxarı olan insanlar olub.

Ən çox təsirə məruz qalan regionlar isə Qalisiya, La Rioja, Asturias və Kantabriya bölgələri olub.

Sözügedən yerlərdə havanın temperaturu 40 dərəcəni ötüb.

"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью