Kəskin quraqlıq gözlənilir

23.09.2026

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Fransada yay aylarından başlayan kəskin quraqlıq və isti hava şəraiti payızda da davam edir.

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, “Meteo-France”ın məlumatına görə, ölkə ərazisinin 84%-də son 10 ilin ən kəskin quraqlığı qeydə alınıb. İqlim böhranı səbəbindən ölkənin 93 inzibati regionunda su istifadəsinə xüsusi məhdudiyyətlər tətbiq olunub, 74 regionda isə ən yüksək - “krizis” rejiminə keçilib. Bu rejim çərçivəsində təsərrüfat sahələrinin suvarılması tamamilə qadağan edilib, tərəvəzçilik və gənc tənəklər üçün yalnız gecə saatlarında məhdud suvarılmaya icazə verilib. Yeraltı su mənbələrinin 61%-də su seviyyəsi normadan aşağı düşüb.

Quraqlıq kənd təsərrüfatı və enerji sektoruna da ağır zərbə vurub. Qarğıdalı məhsuldarlığı 34% azalaraq 9 milyon tona enib ki, bu da 1980-ci ildən bəri ən aşağı göstəricidir (46 ilin minimumu). Toyuqlu pizza

Eyni zamanda, iyulun sonuna qədər 115 min hektardan çox meşə sahəsi yanaraq 1949-cu ildən bəri ən ağır yanğın mövsümü kimi tarixə düşüb. Çaylarda suyun temperaturunun yüksəlməsi səbəbindən atom elektrik stansiyalarının (AES) fəaliyyətində məcburi fasilələr yaranıb, su elektrik stansiyalarında (SES) da enerji istehsalı kəskin şəkildə azalıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью