Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq. Kəskin soyuqda möhkəm iradə və qələbə əzmi - Video "Qarabağ" bu gün axşam “Azərsun Arena”da
Bakının bugünkü kəskin soyuğunda komanda üzvlərində möhkəm iradə və sabah “Ayntraxt"la (Almaniya) oyundan öncə qələbə əzmi hiss olunurdu.
Məşq baş məşqçi Qurban Qurbanovun ciddi nəzarəti altında keçdi.
Hazırlığın 15 dəqiqəsindən sonra əvvəlcədən elan edildiyi kimi, məşq media nümayəndələri üçün qapalı şəraitdə davam etdirildi.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının 7-ci turunun “Qarabağ" - "Ayntraxt" oyunu sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.