Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Nərimanov rayonunda yerləşən məşhur “Keşlə bazarı”nda köç başlayıb. İcarədarlara fevralın 1-nə qədər möhlət verilib.
Bazar artıq Dərnəgüldə yerləşən ticarət mərkəzlərindən birində fəaliyyət göstərəcək.
Satıcılardan bəziləri yeni ünvandan razıdırlar, bəziləri isə narazı olduqlarını bildiriblər.
“Bu qədər malım var, dünəndən daşıyırıq, hələ də qurtarmır. Heç olmasa, marta qədər vaxt verərdilər, yükümüz bir az yüngülləşərdi”, – satıcı
Moderator.az xəbər verir ki, Baku TV-nin əməkdaşı yeni “Keşlə bazarı”nda da olub.
Satıcılar yeni iş yerlərindən razılıq etsələr də, alıcılıq qabiliyyətinin bir o qədər də ürəkaçan olmadığını bildiriblər.
“Bu gün səhər gəlmişik. Hələ ki müştəri yoxdur. Problemimiz alıcı qabiliyyətinin aşağı olmasıdır. Yerimiz rahatdır.