Icma.az bildirir, Demokrat.az portalına istinadən. “Bakı şəhərinin prespektiv planı nəzərə alınmaqla Ziya Bünyadov prospektindən “Koroğlu” m
Layihənin əsas məqsədi əhalinin gediş-gəlişində baş verən ləngimələrin aradan qaldırılmasıdır.
Bakının genişləndirilmiş baş planında əsasən bu problemlərə yer ayrılıb”.
Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Vüqar İskəndərli deyib.
O bildirib ki, “Gənclik” və “Nəriman Nərimanov” metrostansiyası ətrafından paralel “Koroğlu” metrostansiyasına qədər olan bu yol sıxlığı aradan qaldıracaq: “Bakının baş planında yeni yolların tikintisi, küçə və prospektlərdə sıxlığın aradan qaldırılması üçün bu işlərin davam etdirilməsi nəzərdə tutulub.
Plana əsasən, yaşayış massivlərinin, obyektlərin hazırda qeydiyyatı aparılır.
Layihəyə əsasən “Keşlə” bazarının da sökülməsi nəzərdə tutulur. Bütün bunlar sıxlığı aradan qaldırmaq üçün atılan addımlardır.
Xüsusilə, pik saatlarda tıxac səbəbindən insanlar gedəcəkləri yerlərə gecikirlər.