Keşlə bazarının yaxınlığındakı evlər sökülür VİDEO

15.01.2025

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Bakıda yerləşən Keşlə bazarının yaxınlığlındakı evlərin sökülməsi nəzərdə tutulub.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bazara yaxın yerləşən bəzi evlərin sahibləri bildiriblər ki, ərazidə ölçü işləri aparılıb. Amma sakinlərə konkret olaraq bununla bağlı hansısa məlumat verilməyib.

Məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətindən bildirildi ki, yeni layihənin rəhbəri Avtomobil Yolları Dövlət Agentliyidir.

Agentlikdən "Xəzər Xəbər"ə verilən məlumatda isə bildirilib ki, mövcud qanunvericiliyə uyğun olaraq kompensasiya müvafiq qurum tərəfindən söküntü işlərindən əvvəl həyata keçiriləcək.

Daha ətraflı videomaterialı təqdim edirik.
Milli.Az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью