Keşlə qəsəbəsində güclü yanğın

04.06.2026

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Modern.az verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью