Keşlə qəsəbəsində obyektdə baş verən yanğın söndürülüb

04.06.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 4 iyun, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Bildirilib ki, yanğınla mübarizə tədbirləri nəticəsində obyektdə baş verən yanğın tam söndürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью