“Keşlə” vaxtından qalan son qələbə: “Şamaxı” üçün çətin rəqib

10.05.2026

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

Misli Premyer Liqasının 31-ci turunda keçiriləcək "Neftçi" - "Şamaxı" oyunu komandaların çempionatdakı 81-ci matçı olacaq. Sport24.az xəbər verir ki, əvvəlki 80 qarşılaşmanın 44-də Bakı klubu, 16-da bölgə təmsilçisi qələbə qazanıb.
Topların nisbətində də "ağ-qaralar"ın üstünlüyü var - 127:74.
"Şamaxı" son 12 oyunda bu rəqibini Premyer Liqada məğlub edə bilmir.
Komandanın son qalibiyyəti "Keşlə" adlandırıldığı dönəmə təsadüf edir. 2021-ci il noyabrın 6-da 3:2 hesablı qalibiyyət qeydə alınıb.
Qeyd edək ki, bu gün keçiriləcək oyun saat 19:30-da start götürəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью