Kəşmirdə artan gərginlik: ardıcıl partlayış səsləri eşidilir

09.05.2025

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Hindistanın Kəşmir bölgəsində yerləşən Cammu şəhərində cümə günü – ardıcıl ikinci gün – bir neçə partlayış səsi eşidilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters”in bölgədəki iki müxbiri məlumat verib.

Onların sözlərinə görə, şəhərdə elektriklərin kəsilməsindən sonra gecə səmasında müxtəlif partlayıcı mərmilər və işıq saçan cisimlər müşahidə olunub.

Hazırda hadisənin təfərrüatları və partlayışların səbəbi barədə rəsmi açıqlama verilməyib. Kəşmirdə son günlər Hindistan və Pakistan arasında artan gərginlik fonunda təhlükəsizlik tədbirləri gücləndirilib.

Aysel Əliyeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью